Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib
Azərbaycan Güləş Federasiyası qanvermə aksiyası keçirib.

Azsport.az federasiyaya istinadla xəbər verir ki, xeyriyyə məqsədli tədbir Olimpiya Güləş Mərkəzində keçirilib.

Aksiyada Mərkəzi Qan Bankının əməkdaşları milli komandalarımızın məşqçilərindən və güləşçilərindən qan ehtiyatı götürüblər.
Qeyd edək ki, toplanan qan ehtiyatı talassemiyadan əziyyət çəkən uşaqlara köçürüləcək.

Xəbər 349 dəfə oxundu.