“Keşlə”–“Soçi” matçının başlanma saatı açıqlanıb
“Keşlə” və Rusiyanın “Soçi” komandaları arasında UEFA Konfrans Liqasının cavab oyununun başlanma saatı məlum olub.

İyulun 29-da “ASK Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər 344 dəfə oxundu.