“Sabah” klubu yeni məşqçi ilə müqavilə imzalayıb
Bakının “Sabah” futbol klubu yeni məşqçi təyinatını reallaşdırıb.

Bakı təmsilçisi ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlayıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa”, “Konkense”, “Deportivo San Fernando” və “El Exido” klublarında çalışıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.

Xəbər 332 dəfə oxundu.