“Neftçi” fransalı yarımmüdafiəçini transfer edib
Paytaxtın "Neftçi" futbol klubu heyətinə yeni futbolçu qatıb.

Bakı təmsilçisi son mövsümü "Havr"da (Fransa) keçirən Romen Baskı transfer edib. 26 yaşlı fransalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, R.Bask "Neftçi"də 14 nömrəli forma ilə çıxış edəcək.


Xəbər 341 dəfə oxundu.