“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib
Bakının “Səbail” futbol klubu heyətinə yeni futbolçu qatıb.

Paytaxt təmsilçisi Cavid Tağıyevi transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, komandada 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tağıyevin son klubu "Sabah" olub.

Xəbər 333 dəfə oxundu.