Dünya kuboku: Şahmatçılarımızın bugünkü görüşləri heç-heçə nəticələnib
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldıqları dünya kuboku yarışları davam edir.

İyulun 15-də şahmatçılarımızdan daha üçü mübarizəyə qoşulub. Belə ki, mübarizəyə 1/64 finaldan başlayan Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, 1/32 finalda isə Günay Məmmədzadə sloveniyalı Laura Unuk ilə heç-heçə ediblər. Birinci mərhələdə uğurla çıxış etmiş Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Cavakişvili ilə görüşlərində də qalib müəyyənləşməyib.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Xəbər 372 dəfə oxundu.