“Mançester Yunayted” klubu ev formasını təqdim edib
İngiltərənin “Mançester Yunayted” futbol klubu 2021-2022-ci il mövsümündə geyinəcəyi ev formasını təqdim edib.

Ənənəvi olaraq qırmızı və ağ rənglərdən ibarət olan forma retro tərzdə hazırlanıb. Yeni forma klubun 1960-cı illərdə geyindiyi formaya bənzəyir.

Qeyd edək ki, Mançester təmsilçisi ötən mövsüm turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Xəbər 355 dəfə oxundu.