“Səbail” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb
Bakının “Səbail” klubu iki futbolçusu ilə müqavilənin müddətini artırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, paytaxt təmsilçisi Elçin Rəhimli və Mirsayib Abbasovla yeni - birillik müqavilə bağlayıb.

Qeyd edək ki, M.Abbasov və E.Rəhimli 2019-cu ilin yayından “Səbail”də çıxış edir.

Xəbər 355 dəfə oxundu.