Dünya kuboku: Gülnar Məmmədova növbəti mərhələyə vəsiqə qazanıb
Rusiyanın Soçi şəhərində Azərbaycanın 7 şahmatçısının qatıldığı dünya kuboku yarışları davam edir.

Şahmatçımız Gülnar Məmmədova estoniyalı Mai Narvanı tay-brekdə 4,5:3,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Otuz ikidəbir finalda onun rəqibi gürcüstanlı Lela Javakişvili olacaq. G.Məmmədova ilə yanaşı, Vasif Durarbəyli də uğurla çıxış edərək növbəti mərhələdə iştirak hüququ qazanıb. O altmış dörddəbir finalda rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Altmış dörddəbir finaldan mübarizəyə başlayacaq Şəhriyar Məmmədyarovun da rəqibi müəyyənləşib. Şahmatçımız startda braziliyalı Krikor Sevaq Mexitarianı sınağa çəkəcək. Kişi şahmatçılarımızdan Nicat Abasov isə altmış dörddəbir final mərhələsində ermənistanlı Şant Sarqsyanla üz-üzə gələcək. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə otuz ikidəbir finalda sloveniyalı Laura Unuk ilə qarşılaşacaq.

Didər qadın şahmatçılarımız Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Xəbər 343 dəfə oxundu.