“Sabah” təlim-məşq toplanışında Gürcüstan klubu ilə qarşılaşacaq
Təlim-məşq toplanışının ikinci mərhələsini Gürcüstanda keçirəcək "Sabah"ın rəqiblərindən biri müəyyənləşib.

Paytaxt təmsilçisi “Samqurali” komandası ilə qarşılaşacaq. Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 23-də keçiriləcək.

“Samurqali” ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Gürcüstanda 2 həftəlik toplanışda olacaq “Sabah”ın 4 yoxlama matçı keçirməyi planlaşdırılır.

Xəbər 342 dəfə oxundu.