Bakının “Azəryol” həndbol klubu Avropa kuboku yarışlarında iştirak edəcək
Bakının qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa kuboku yarışlarında iştirak edəcək.

Təmsilçimizin qatılacağı turnirin 2021/2022-ci il mövsümündə 57 komanda mübarizə aparacaq.

Yarışın ilk püşkatma mərasimi iyulun 20-də keçiriləcək. Əlli klub ikinci raundda 25 cüt təşkil edəcək. Püşkatma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

“Azəryol”un ilk oyunu oktyabrın 16-17-də, cavab görüşü 23-24-də keçiriləcək.

Qeyd olunub ki, ötən mövsüm klub rəhbərliyi və Avropa Həndbol Federasiyası (EHF) arasında danışıqlardan sonra “Azəryol” yarışa qatılmaqdan imtina etməyə məcbur olmuşdu. Serbiya təmsilçisi “Naisa Niş”lə görüşlərin təşkilinin gerçəkləşməməyinə səbəb koronavirus pandemiyası ilə bağlı durum idi.

Xəbər 383 dəfə oxundu.