Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş uşu və muay-tay üzrə Bakı şəhər birinciliyi keçiriləcək
İyulun 22-23-də Abşeron Olimpiya İdman Kompleksində 22 iyul – Milli Mətbuat Günü münasibətilə Kəlbəcərdə şəhid olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında uşu və muay-tay üzrə Bakı şəhər birinciliyi keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışa 150-dən çox idmançı qatılacaq. Turnirdə ümumilikdə 20-dən çox idman klubu iştirak edəcək.

Xəbər 374 dəfə oxundu.