Dünya kuboku: Şahmatçımız Gülnar Məmmədova tay-brekdə mübarizə aparacaq
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Yarışa Azərbaycanın 7 şahmatçısı – Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva qatılıblar.

Şahmatçılarımızdan artıq ikisi – T.Məmmədyarova və Ü.Fətəliyeva yarışda mübarizəni dayandırıblar. Gülnar Məmmədova ilə rəqibi estoniyalı Mai Narva arasında hesab bərabər (1:1) olduğundan şahmatçılar bu gün tay-brekdə mübarizə aparacaqlar.

Turnirin birinci mərhələsində mübarizə aparmış şahmatçımız

Vasif Durarbəyli uğurla çıxış edərək növbəti mərhələyə vəsiqə qazanıb. O altmış dörddəbir finalda rusiyalı Aleksandr Predke ilə görüşəcək. Digər təmsilçilərimiz Nicat Abasov və Günay Məmmədzadənin rəqibləri də bilinib. Belə ki, N.Abasov ermənistanlı Şant Sarqsyan, G.Məmmədzadə isə sloveniyalı Laura Unuk ilə üz-üzə gələcəklər. Altmış dörddəbir final mərhələsindən mübarizə aparacaq komandamızın lideri Şəhriyar Məmmədyarovun rəqibi isə hələ müəyyənləşməyib.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.


Xəbər 369 dəfə oxundu.