Türkiyə klubu “Qarabağ”ın futbolçusu Xayme Romeronu transfer etmək istəyir
Türkiyənin “Giresunspor” klubu “Qarabağ”ın futbolçusu Xayme Romeronu transfer etmək istəyir.

Klub rəsmiləri futbolçunun meneceri ilə əlaqə saxlayaraq onu komandalarında görmək istədiklərini bildiriblər.

Türkiyə klubu “Qarabağ”la müqaviləsi olan ispaniyalı futbolçunun keçidi üçün danışıqlara başlamaq istəyir.

Qeyd edək ki, bundan əvvəl “Giresunspor” “Qarabağ”ın digər legioneri Uroş Matiçə də təklif göndərmişdi.

Xəbər 347 dəfə oxundu.