U-21 millimizin oyunlarının stadionları müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Millimiz sentyabrın 2-də saat 21:00-da Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid İm İnnkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.

Xəbər 415 dəfə oxundu.