Yunanıstanın Afina şəhərində keçirilən XII Yay Paralimpiya Oyunlarında əldə edilmiş nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Azərbaycan Respublikasının əlil idmançılarının və onların məşqçilərinin Yunanıstanın Afina şəhərində keçirilən XII Yay Paralimpiya Oyunlarında göstərdikləri yüksək nəticələrə görə mükafatlandırılması məqsədi ilə qərara alıram:
1. XII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- Birinci yer tutan hər bir idmançıya 250 milyon manat, onun məşqçisinə 125 milyon manat məbləğində;
- İkinci yeri tutan idmançıya 125 milyon manat, onun məşqçisinə isə 60 milyon manat məbləğində;
- Üçüncü yeri tutan idmançıya 60 milyon manat, onun məşqçisinə isə 30 milyon manat məbləğində.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2004-cü il.

Xəbər 1196 dəfə oxundu.