"Sabah"ın Gürcüstandakı rəqiblərindən biri müəyyənləşdi
İyulun 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollanacaq "Sabah"ın bu ölkədəki sparrinq-rəqiblərindən biri müəyyənləşib.

Bakı təmsilçisi ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanmış "Samqurali" komandası ilə qarşılaşacaq. Görüş iyulun 23-də baş tutacaq.

Qeyd edək ki, "Sabah" Gürcüstandakı 2 həftəlik toplanış müddətində 4 yoxlama matçında qüvvəsini sınayacaq.

Xəbər 348 dəfə oxundu.