Qanalı hücumçunun “Qarabağ”a keçidi alınmayıb
Portuqaliyanın "Vitoriya" klubunun hücumçusu Abdul-Əziz Yakubunun "Qarabağ"a transferi baş tutmayıb.

22 yaşlı qanalı hücumçu ilə ilkin razılığa gəlinsə də, o, tibbi baxışdan uğurla keçə bilməyib. “Qarabağ”ın həkimləri futbolçunun transferini məsləhət görməyiblər. Klub rəhbərliyi də futbolçunun keçidindən imtina etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, gənc hücumçu ötən mövsümü icarə əsasında Portuqaliyanın “Eştoril” klubunda keçirib. Yakubu 34 oyunda 15 qol vuraraq komandanın Premyer Liqaya yüksəlməsində pay sahibi olub.

Xəbər 372 dəfə oxundu.