Şahmatçılarımız dünya kubokunda cavab oyunlarında mübarizə aparacaqlar
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycanın 7 şahmatçısının qatıldığı yarışın ikinci günündə 4 şahmatçımız – Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva iştirak edəcək.

Yüz iyirmi səkkizdəbir final mərhələsində V.Durarbəylinin rəqibi olan Finlandiyanı təmsil edən Dmitri Sklyarovla ilk qarşılaşması heç-heçə ilə başa çatıb. Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.

Qadınların yarışında isə altmış dörddəbir finalda Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub. Millimizin digər üzvü, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Xəbər 354 dəfə oxundu.