Azərbaycanlı futbolçunun klubuna transfer qadağası qoyuldu
FIFA Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi Ukraynanın "Minay" komandasına transfer qadağası qoyub.

Buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. 21 yaşlı oyunçu ötən mövsüm bu komandanın formasını geyinib.

Qarar qarşıdakı 3 transfer pəncərəsini əhatə edəcək. Klub bu müddətdə heyətinə yeni futbolçu qata bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisinin digər hücumçusu Anatoli Nuriyev ötən mövsümün sonunda "Minay"dan ayrılıb.

Xəbər 337 dəfə oxundu.