AVRO-2020-nin rəmzi komandası açıqlandı
UEFA AVRO-2020-nin rəmzi komandasını açıqlayıb.

Ən yaxşı "11-lik"də Avropa çempionu olan İtaliya millisindən 5 futbolçu yer alıb. Finalda uduzan İngiltərə yığması rəmzi kollektivdə 3 oyunçu ilə təmsil olunub.

Digər 3 futbolçu isə Danimarka, Belçika və İspaniya yığmalarının üzvləridir.

Qapıçı: Canluici Donnarumma (İtaliya)

Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinattsola (hər ikisi İtaliya)

Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Höybyerq (Danimarka), Pedri (İspaniya)

Hücumçular: Romelu Lukaku (Belçika), Rəhim Sterlinq (İngiltərə)

Xəbər 347 dəfə oxundu.