Tokio-2020: Azərbaycanın qadın bayraqdarı da açıqlandı
Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.

Üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.

Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.

"Report"

Xəbər 341 dəfə oxundu.