“Neftçi” - “Hapoel” oyunu qapıya zərbələrin çoxluğu ilə seçilib
Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Neftçi” - “Hapoel” oyunu qapıya zərbələrin çoxluğu ilə seçilib. Azərbaycan və İsrail çempionlarının oyununda 2:2 hesabı ilə qeydə alınsa da, bakılılar Kiryat-Şmona təmsilçisindən daha fəal olublar.

“Neftçi” qapı istiqamətində rəqibdən 3 dəfədən də çox – 23 zərbə endirib. Lakin bu zərbələrin çoxu faydasız olub. “Ağ-qaralar” 90 dəqiqə ərzində 11 dəfə oyundankənar vəziyyətə düşüblər.

Xəbər 1040 dəfə oxundu.