AFFA-nın rəsmisi beynəlxalq oyuna təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Valmiera” (Latviya) – “Suduva” (Litva) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Matç iyulun 15-də Riqada təşkil olunacaq.

Xəbər 318 dəfə oxundu.