"Zirə” klubu futbolçusu Felipe Pahtmanla müqaviləni yeniləyib
"Zirə” klubu futbolçusu Felipe Pahtmanla yeni müqavilə imzalayıb.

Ukraynanın "Lvov" klubuna məxsus braziliyalı hücumçu sonradan transfer hüququ alınmaq şərti ilə növbəti mövsümün sonunadək icarəyə götürülüb.

İyirmi bir yaşlı forvardın transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Qeyd edək ki, Felipe Pahtman peşəkar karyerasına "Lvov" klubunda başlayıb və bu ilin yanvarından "Zirə"də çıxış edir.

Xəbər 346 dəfə oxundu.