Millimizin sabiq voleybolçusu Polina Rəhimova Braziliyanın “Sesi Bauru” klubundan ayrılıb
Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova son 2 mövsümdə şərəfini qoruduğu Braziliyanın “Sesi Bauru” klubundan ayrılıb.

Komanda artıq voleybolçunun yerinə yeni oyunçu da transfer edib. ABŞ voleybolçusu Nia Rid Braziliya təmsilçisinin şərəfini qoruyacaq.

P.Rəhimovanın karyerasını harada davam etdirəcəyi hələ dəqiqləşməyib. Bombardirlik keyfiyyətləri ilə ad çıxaran voleybolçunun yaxın müddətdə özünə klub tapacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan yığmasının daha bir sabiq oyunçusu Odina Əliyeva bir müddət öncə P.Rəhimovanın keçmiş komandasına keçib.

Xəbər 432 dəfə oxundu.