"Qarabağ kuboku" adlı mini-futbol yarışı keçirilib
İyulun 11-də Britaniya Azərbaycanlıları Assosiasiyasının və İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində "Qarabağ kuboku" adlı mini-futbol yarışı keçirilib.

7 komandanın iştirakı ilə keçirilən yarışda, komandaların 6-sı Londonu, 1-i Mançesteri təmsil edib. Dairəvi şəkildə təşkil olunan turnirdə ilk 2 yeri tutan komandalar arasında final görüşü keçirilib. Finalda "Kaspian" komandası "Qarabağ" komandasını məğlub edərək, yarışın çempionu olub.

Turnirin qalibinə kubok təqdim edilib. Qalib komandaların oyunçularına üzərində Qarabağ müharibəsinin rəmzi olan Xarı Bülbül əks olunan medallar təqdim olunub.

Yarışda iştirak edən komandalar:

"Caspian" FC
"Qarabağ" FC
"Demir Yumruq"
"Boz Qurd"
"Old Gentlemen"
"Bayraktar"
"Manchester Polad"

Xəbər 394 dəfə oxundu.