U-19 Avropa çempionatının püşkatma mərasiminin vaxtı dəyişdirilib
On doqquz yaşadək futzalçılar arasında təşkil edilən sayca ikinci Avropa çempionatının püşkatma mərasiminin vaxtı dəyişdirilib.

UEFA əvvəlcə tədbirin iyulun 7-də baş tutacağını açıqlasa da, həmin gün UEFA Çempionlar Liqasınin ilkin mərhələsində mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb. Qitənin ali futbol qurumu U-19-ların püşkatmasını avqustun 30-na təyin edib. Beləliklə 19 yaşadək futzalçılardan ibarət millimizin rəqibləri avqustun 30-da müəyyənləşəcək. Bu turnirin ilkin mərhələsi bu il noyabrın 2-7-də keçiriləcək. Əsas mərhələnin qarşılaşmaları gələn il martın 15-20-də, həlledici görüşləri isə sentyabrın 3-10-da baş tutacaq. Final mərhələsinə İspaniya ev sahibliyi edəcək.

Xəbər 345 dəfə oxundu.