“Petrokub”-“Sileks” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında birinci təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 15-də Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 333 dəfə oxundu.