Bakı Olimpiya Stadionu İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb
Futbol üzrə 16-cı Avropa çempionatının finalında İngiltərə yığmasını məğlub edərək qitə çempionu adını qazanan İtaliya millisinin şərəfinə Bakı Olimpiya Stadionu bu ölkənin dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə Avropa çempionatı 11 şəhərdə, o cümlədən Bakıda təşkil olunub. Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels - Danimarka (0:4) görüşü keçirilib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutan ilk futbol matçı məhz Azərbaycan-İtaliya oyunu olub. 2015-ci il oktyabrın 15-də oynanılan həmin görüşü 48 minə yaxın azarkeş izləyib.

Xəbər 431 dəfə oxundu.