Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarus və Macarıstan yığmaları ilə qarşılaşacaq
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıya qayıdıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yığma komandamız Avropa çempionatına hazırlığı iyulun 26-dək paytaxtda davam etdirəcək.

Bakıdakı hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşündə gücünü sınayacaq.

Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək təşkil olunacaq Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Xəbər 364 dəfə oxundu.