Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun forması xeyriyyə məqsədi ilə satışa çıxarılıb
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyanın “Ersgebirge” komandasında geyindiyi forması xeyriyyə məqsədi ilə satışa çıxarılıb.

“eBay” satış platformasında auksiona çıxarılan 10 nömrəli geyim dəsti 1660 avroya satılıb.

Məbləğ bu yaxınlarda Voqtlandda bədbəxt hadisə nəticəsində ölən iki gənc futbolçunun ailələrinə bağışlanacaq.

Formanı alıcılara D.Nazarovun özü təqdim edib.

Xəbər 341 dəfə oxundu.