“Qarabağ” klubu “Arsenal” komandasına məğlub olub
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Arsenal” komandası ilə qarşılaşıb. Ağdam klubu Tula təmsilçisi ilə görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.

“Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib.

Xəbər 345 dəfə oxundu.