Avroliqanın “Dördlər finalı” yenidən Almaniyada keçiriləcək
Növbəti mövsüm basketbol üzrə Avroliqanın “Dördlər finalı” Almaniyanın paytaxtı Berlində keçiriləcək. Yarışın həlledici mərhələsi gələn il mayın 27-dən 29-dək təşkil olunacaq.

Bunadək Berlin 2009-cu və 2016-cı illərdə “Dördlər finalı”na ev sahibliyi edib. Avroliqanın prezidenti Jordi Bartomeu mətbuata açıqlama verərək Almaniya basketbolunun son vaxtlar inkişafından danışıb. O, liqada “Alba” və “Bavariya” kimi komandaların çıxış etdiyini nəzərə aldıqlarını və bu ölkədə “Dördlər finalı”nı təşkil etməyin onlar üçün strateji cəhətdən doğru olduğunu bildirib.

Xatırladaq ki, ötən mövsüm “Dördlər finalı” Almaniyanın Köln şəhərində keçirilib.

Xəbər 346 dəfə oxundu.