Canluici Donnarumma Avropa çempionatının ən yaxşı oyunçusu olub
Avropa çempionatının ən yaxşı oyunçusunun adı bəlli olub.

Bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub.

Qeyd edək ki, “Avro-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2.

Xəbər 386 dəfə oxundu.