Avropa birinciliyi: Boksçumuz qızıl medal uğrunda mübarizə aparacaq
Bu gün Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində final mərhələsinin görüşlərinə start verilib.

Finalda Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) mübarizə aparacaq. Səkkizdəbir finalda Arseni Oniyenkonu (Ukrayna), daha sonra Fyodor Kamanini (Estoniya), yarımfinalda isə rumıniyalı Daniel Girleanunu məğlub edən boksçumuz həlledici mərhələdə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.

Qeyd edək ki, otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda Azərbaycan 14 boksçu ilə təmsil olunur.

Xəbər 380 dəfə oxundu.