Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub
Bu gün tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə” seriyasından London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.

Turnirin həlledici görüşündə Eşli Barti (Avstraliya) və Karolina Plişkova (Çexiya) üz-üzə gəliblər. Görüş avstraliyalı tennisçinin - 2:1 (6:3, 6:7, 6:3) qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə rumıniyalı Simon Xalep olub. O, zədə səbəbindən hazırkı turniri buraxmaq məcburiyyətində qalıb. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

Xəbər 440 dəfə oxundu.