“Neftçi” ilə yollarını ayıran Cabir Əmirlinin yeni klubu bəlli olub
“Neftçi” ilə yollarını ayıran Cabir Əmirlinin yeni klubu bəlli olub.

24 yaşlı müdafiəçi “Səbail”ə keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

C.Əmirli yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu daha əvvəl “Keşlə” və “Neftçi” klublarında çıxış edib. Bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”da çıxış edən futbolçu 2021/2022-ci il mövsümündə “Səbail”in uğurları üçün çalışacaq.

Xəbər 358 dəfə oxundu.