Millimizin futbolçusu Anatoli Nuriyevin Ukraynanın “Kolos” klubuna keçidi rəsmiləşib
Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin Ukraynanın “Kolos” klubuna keçidi rəsmiləşib.

25 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin detalları açıqlanmayıb. O, yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

A.Nuriyev ötən mövsüm “Minay”da oynayıb. Futbolçu artıq yeni komandasının heyətində debüt oyununda qol vurmağı da bacarıb. “Kolos”un “Aleksandriya” ilə görüşündə A.Nuriyev komandasının 2-ci qolunu (penaltidən) vurub.

Qeyd edək ki, bu görüşdə “Kolos” 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 350 dəfə oxundu.