Avropa çempionatının final matçına hakim təyinatları açıqlanıb
Futbol üzrə İtaliya və İngiltərə yığmaları arasında Avropa çempionatının final matçına hakim təyinatları açıqlanıb.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 304 dəfə oxundu.