“Wimbledon-2021” turnirinin ikinci finalçısı bəlli oldu
İyulun 9-da tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə” seriyasından London açıq turnirində (Wimbledon) ikinci yarımfinal oyunu keçirilib.

Karolina Plişkova (Çexiya) Belarus təmsilçisi Arina Sobolenko ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə daha üstün olan Karolina Plişkova finala yüksəlib. Çexiya təmsilçisi oyunun ilk setin məğlub (5:7) olmağına baxmayaraq, ardıcıl iki setdə eyni hesabda qalib gələrək karyerasında ilk dəfə

“Böyük Dəbilqə” seriya turnirlərində finalda oynamaq şansı qazanıb.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Turnirə iyulun 11-də yekun vurulacaq.

Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə rumıniyalı Simon Xalep olub. O, zədə səbəbindən hazırkı turniri buraxmaq məcburiyyətində qalıb. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

Xəbər 417 dəfə oxundu.