Tokio-2020 azarkeşsiz keçiriləcək | |
Tokio-2020 Yay Olimpiya Oyunları bütün yarış meydanlarında azarkeşsiz keçiriləcək. Bu barədə olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava açıqlama verib. O bildirib ki, Oyunlar paytaxt ərazisində yerli azarkeşlərin iştirakı olmadan təşkil ediləcək. Tamaşaçıların digər prefekturalardakı yarışlara buraxılması isə hazırda təşkilatçılar və yerli hökumət nümayəndələri ilə razılaşdırılır. Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilməlidir. "Report" |
|
Xəbər 353 dəfə oxundu. |
|
|