Qırğızıstanda futbol yarışları iyulun sonunadək ləğv edilib
Qırğızıstanda futbol yarışları iyulun 30-dək ləğv edilib.

Bu barədə Qırğızıstan Futbol Birliyi məlumat yayıb.

Ölkədə koronavirus infeksiyasına yoluxmanın kəskin artması turnirlərin baş tutmamasına səbəb olub.

Futbolçular, məşqçilər və bu sahədə çalışan digər şəxslər arasında xəstəlik halları ortaya çıxmağa başlayıb.

Qurum pandemiya ilə bağlı vəziyyəti diqqətdə saxlayacağını və müvafiq qərarların veriləcəyini açıqlayıb.

Xəbər 334 dəfə oxundu.