“Araz-Naxçıvan” futzal klubu Finlandiya, Latviya və Cəbəllütariq komandaları ilə qarşılaşacaq
Futzal üzrə Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.

Turnirdəki təmsilçimiz “Araz-Naxçıvan” ilkin mərhələdə “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) komandaları ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bu qrupun oyunları 20-25 avqust tarixlərində Latviyada keçiriləcək.


Xəbər 366 dəfə oxundu.