“Croatia Grand Chess Tour”: Şəhriyar Məmmədyarov növbəti üç qarşılaşmada iştirak edəcək
İyulun 8-də “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılacaq.

Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qarşı mübarizə aparacaq. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Duda ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən üç turun nəticəsinə görə, 3 xalla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbər 353 dəfə oxundu.