Mahir Emrelinin dublu sayəsində “Legiya” klubu səfərdə qələbə qazanıb | |
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib. Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub. Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını M.Emreli vurub. İyirmi dörd yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənərək komandasını səfərdə qələbə qazanmaqda yardımçı olub. Onu da qeyd edək ki, forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib. Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq. |
|
Xəbər 347 dəfə oxundu. |
|
|