Premyer Liqamızda görünməmiş vəziyyət
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət dünya çempionatının final mərhələsinin oyunları Premyer Liqamızda görünməmiş vəziyyət yaradacaq. Turnirin keçiriləcək sentyabrın 22-dək oktyabrın 13-dək Bakıda milli çempionatımızın oyunları keçirilməyəcək. Bu da həmin vaxt paytaxtımızda məsul turnirin keçirilməyi ilə bağlıdır.

Dünya çempionatının oyunları 5 stadionda keçirilsə də, bura gələnlər iştirakçı yığmalar məşq meydançalarından da istifadə edəcəklər. Yəni həmin 3 həftədə Bakıda sıxlıq olduğundan, onun təmsilçiləri buradan qısa müddətə “köçürülür”. Bunun üçün ən münasib variant paytaxt klublarının əyalət stadionlarından istifadə etməyidir. Lənkəranda da dünya çempionatının oyunları keçirəcək ki, oranı təmsil edən “Xəzər Lənkəran” Yevlaxa üz tutacaq.

Peşəkar Futbol Liqası ilə məlumatlanan klublar artıq indidən variantları nəzərdən keçirirlər. Məsələn, “İnter”in Zaqatalada “Simurq”un stadionunda rəqibini qəbul etmək variantı var. Həmin vaxt “Simurq” səfərdə oynadığından, problem yaranmayacaq. “Bankirlər” Zaqatalaya qonşu olan Şəkidə də oynamağı nəzərdən keçirir ki, orada ot örtüyünün vəziyyəti sual yaradır. “Bakı”nın Quba Olimpiya Kompleksinin stadionundan istifadə edəcəyi istisna deyil. “Qarabağ”ın isə bu müddətdə Ağdama qayıdıb, ev oyununu Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda keçirə bilər.

Azərbaycandakı dünya çempionatı vaxtı Bakıda keçiriləcək Premyer Liqa oyunları

VI tur

23 sentyabr
AZAL – “İnter”

VII tur

29 sentyabr
“Qarabağ” – “Simurq”
“İnter” – “Neftçi”
“Rəvan” – “Kəpəz”

VIII tur

3 oktyabr
“Neftçi” – “Turan”
AZAL – “Xəzər Lənkəran”

4 oktyabr
“Bakı” – “Qəbələ”
“Rəvan” – “İnter”

Xəbər 992 dəfə oxundu.