“Neftçi” klubu “Dinamo Tbilisi” ilə oyunda yenidən hesabda önə çıxıb
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Dinamo Tbilisi" - "Neftçi" oyununda komandamız yenidən hesabda önə çıxıb.

Matçın 56-cı dəqiqəsində oyunun baş hakimi meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Emin Mahmudovun ilk zərbəsini qapıçı tutub. Lakin baş hakim zərbə zamanı qayda pozuntusu qeydə alaraq, penaltinin təkrarlanmasını istəyib.

Kapitan bu dəfə fürsəti əldən verməyib.

Xəbər 368 dəfə oxundu.