“Qəbələ” klubu “Sabah”ın qapıçısını icarəyə götürüb
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək.

“Sabah”ın qolkiperi bir il müddətinə icarəyə götürülüb.

İyirmi bir yaşlı futbolçu “Sabah” klubundan əvvəl “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

Qeyd edək ki, “Qəbələ” Nicat Mehbalıyevdən əvvəl, Urfan Abbasov və Məqsəd İsayevi də heyətinə qatıb.

Xəbər 349 dəfə oxundu.