"Avro-2020"nin Bakı könüllüləri üçün təşəkkür tədbiri təşkil olunub
Bakı Olimpiya Stadionunda "Avro-2020"nin Bakı könüllüləri üçün təşəkkür tədbiri təşkil olunub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, tədbirdə iştirak edən tanınmış aktyorlar və ifaçılar könüllülərlə görüşüb, onları təbrik ediblər.

COVID-19 pandemiyası ilə əlaqədar iki gün ərzində təşkil olunan tədbirdə könüllülərə sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər 337 dəfə oxundu.